Freebie Trackers

 
 

 

Azərbaycan Komparativ Ədəbiyyatsunaslıq Assosoasiyası 2006-cı ilin fevralında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan kecmisdir.


Bu munasibətlə ICLA (Beynəlxalq Komparativist ədəbiyyatsunaslıq Assosiasiyası) bas katibi prof. Steven Sondrup AzCLA sədrinə təbrik məkrubu gondərmisdir.
ICLA (Beynəlxalq Komparativist Ədəbiyyatsunaslıq Assosiasiyası) 1954-cu ildə Oksfordda təsis edilmisdir. Indiyədək Kanada və Amerikadan Cinə və Yaponiyaya qədər dunyanın bir cox ölkılırindı regional assosiasiyaları yaranmısdır. ICLA humanitar elmlər uzrə elmdə olan yenilikləri, muxtəlif ölkələrdə oxsar maraq dairəsi olan alimləri bir araya gətirmək istiqamətində fəaliyyət gostərir. Post-Sovet məkaninda yalnız Estoniyada belə təskilat qeydə alınmısdır. Dunyanin, demək olar ki, butun univetsitetlərində komparativ Ədəbiyyatsunaslıq bir əsrdən coxdur ki, əsas fənnlər blokunda mustəqil fənn kimi tədris olunur. Kecmis sovet məkaninda isə Rusiyada (Moskva Dovlət Universitetinin fililogiya fakultəsində diploma əlavə sertifikatı verilir), Qazaxstanda, Bakida (ədəbi komparativistika secmə fənn kimi 3 ildir ki, Baki Slavyan Universitetinin magistraturasında tədris edilir), umumilikdə genis vusət tapmamisdir. əsas predmeti ədəbiyyatda, mədəniyyətlərdə bənzərlik deyil, muxtəlifliklərdə birliklər, oxşarlıqlarda muxtəlifliklər, ədəbiyyatin araşdərılma kontekstləri kimi məsələlərdir. Beləliklə, komparativ ədəbiyyatsunaslıq humanitar elmlərin muxtəlif sahələrini bir nöqtədə birləşdirir.
Bunları nəzərə alaraq Azərbyacanda da belə bir təskilat yaradılıb. Azərbaycan Komparativ Ədəbiyyatsunasliq Assosoasiyasə (AzCLA) əsas məqsədi Azərbaycan, eləcə də dunya ədəbiyyatının, ədəbiyyatsunaslığının və mədəniyyətinin muxtəlif aspektlərdən, o cumlədən tarixi, fəlsəfi, dini, socioloji və s. öyrənilməsi, bu istiqamətdə lokal və beynəlxalq nəzəriyyələrin arasdırılması, ədəbiyyatın, mədəniyyətin problemlərə ilə baglə muxtəlif layihələrin həyata kecməsidir. Azərbaycan ədəbiyyatı və mədəniyyətini həm respublikamızda, həm də ölkəmizdən xaricdə təbliğ edilməsi, dunya mədəniyyəti nümunələrinin bizdə öyrnilməsi də assosiasiyanın əsas məqsədlərindəndir. Assosiasiya bu məqsədi həm yerli, həm də muxtəlif muvafiq beynəlxalq strukturları və alimləri birgə isə cəlb etməklə həyata kecirir.
Assosiasiya humanitar elmlər araşdırıcıları, ədəbiyyatsunaslar, kulturologlar, butun elmi maraq dairəsi uygun gələn şəxslər ucun açıqdır. Həmçinin muvafiq akademik təskilatlar, kafedralar, cəmiyyətlər AzCLA-ya kollektiv uzv ola bilərlər.
Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyası prof. R.M. Qeybullayeva tərəfindən yaradılmısdır..
 

 

 

 
  © 2007 Copyright Azerbaijan Comparative Literature Association - http://www.azcla.org